DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Stoltenberq: Ukraynaya dəstək qərb ölkələrinin sakinlərinə baha başa gəlir

Bu yaxınlarda “The New York Times” qəzeti mənbəyə istinadən yazıb ki, Şimali Atlantika Alyansına üzv olan ölkələrin əksəriyyəti Ukraynanı silahla təmin etməkdə öz imkanlarını tükəndiriblər.
Sputnik
BAKI, 27 noyabr - Sputnik. Ukraynaya dəstək Avropa ölkələrinin sakinlərinə baha başa gəlir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Welt am Sonnitag” qəzetinə verdiyi müsahibəsində bildirib.
“Ərzaq və elektrik enerji xərclərinin artması Avropada bir çox evi idarə edənlər üçün çətin günlər deməkdir”, - deyən Stoltenberq qeyd edib ki, dünya ictimaiyyəti Ukraynada baş verənləri unutmamalıdır.
Alyansın baş katibinin fikrincə, Ukraynanın hərbi uğurları nə qədər çox olarsa, gələcək danışıqlarda onun mövqeyi bir o qədər güclü olacaq. O vurğulayıb ki, Qərb ölkələri Ukraynaya “hərbi dəstək göstərsələr” danışıqlar masası arxasında Kiyevin mövqeyini gücləndirə bilərlər.
"Ən yaxşı yol sülhü dəstəkləmək, Ukraynanı dəstəkləməkdir", - deyə NATO rəhbəri hesab edir.
O, həmçinin əlavə edib ki, Ukraynaya dəstəyin artırılması onun vətəndaşlarına “özünümüdafiə hüquqlarını müdafiə etməyə” kömək edəcək.
Bu yaxınlarda “The New York Times” qəzeti mənbəyə istinadən yazıb ki, Şimali Atlantika Alyansına üzv olan ölkələrin əksəriyyəti Ukraynanı silahla təmin etməkdə öz imkanlarını tükəndiriblər.