AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev İsraillə bağlı gözlənilən qərarı verdi

Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb
Sputnik
BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalanıb.
Sərəncamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir.
Eyni zamanda bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Dövlət başçısı eyni zamanda, Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanunu təsdiqləyib.
Prezident İlham Əliyev Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.
Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Dövlət başçısı eyni zamanda, "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanunu imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Albaniyada (Tirana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.
Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Dövlət başçısı eyni zamanda, "Azərbaycanın Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu təsdiqləyib.
Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı başqa bir sərənsam ölkəmizin Keniyada (Nayrobi şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqındadır.
Sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.
Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Dövlət başçısı eyni zamanda, "Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu da təsdiqləyib.
SİYASƏT
Azərbaycan İsraildə səfirlik açır