BAKI, 26 noyabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının D qrupunun ikinci turunda Fransa və Danimarka üz-üzə gəliblər.
Qarşılaşmanın ilk 45 dəqiqəsində hesab açılmayıb.
İkinci hissədə, 61-ci dəqiqədə Kilian Mbappe Fransanı önə çıxarıb. 68-ci dəqiqədə Andreas Kristensen Danimarkanın cavab qoluna imza atıb.
86-cı dəqiqədə Kilian Mbappe özünün və Fransanın ikinci qolunu vurub - 2:1. Oyun bu hesabla başa çatıb.
Beləliklə, Fransa millisi iki oyundan sonra 6 xal toplayıb. Bu qrupda Avstraliyanın 3, Danimarka və Tunisin isə hərəyə 1 xalları var.