BAKI, 25 noyabr - Sputnik. Ötən il ərzində dünyada təxminən 81 000 qadın və qız qəsdən qətlə yetirilib. Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) təşkilatın saytında dərc olunmuş hesabatında deyilir ki, bu, hər saat beşdən çoxu qadının öldürülməsi deməkdir.
“2021-ci ildə orta hesabla hər saatda beşdən çox qadın və ya qız öz ailə üzvləri tərəfindən öldürülüb. Keçən il qəsdən öldürülən bütün qadın və qızların təxminən 56%-i yaxın tərəfdaşlar və ya digər ailə üzvləri (81 000 nəfərdən 45 000) tərəfindən öldürülüb ki, bu da evin bir çox qadın və qızlar üçün təhlükəsiz yer olmadığını göstərir”, - deyə sənəddə bildirilir.
Qurumun hesabatında bildirilir ki, bu rəqəmlər son on ildə femisidlərin ümumi sayı (qadınların cinsinə görə öldürülməsi - red.) faktiki olaraq dəyişməz qalmasında xəbər verir.
“Bu rəqəmlər qorxulu dərəcədə yüksək olsa da, qadınların öldürülməsinin həqiqi miqyası daha çox ola bilər. Çox sayda qadın qətli qurbanı hələ də qeydə alınmayıb – ölkələr arasında qətlin müəyyən edilməsi və meyarlardakı uyğunsuzluğu nəzərə alsaq, 2021-ci ildə qəsdən öldürülən hər on qadın və qızdan dördünün ölüm faktını, xüsusilə də ictimai sahıdı baş verən qətlləri "qadın qətli" cinayəti kimi müəyyən etmək üçün kifayət qədər məlumatı yoxdur", - deyə hesabatda göstərilir.