TƏHSİL

Direktorlar yüksək bal toplayan müəllimlərin arasından seçiləcək - Əmrullayev

Nazir bildirib ki, hazırda sertifikasiyadan keçmiş müəllimlər 928 manat maaş alır.
Sputnik
BAKI, 25 noyabr - Sputnik. Ölkədə müəllimlərin maaşı 20 faizədək artıb. Bunu bu gün keşirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinöə görə, müəllimin dərs saatı aşağı olanda maaşı da az olur.
"273 müəllimin dərs yükü həftədə 6 saatdan azdır”, - deyə nazir bildirib.
Emin Əmrullayev onu da bildirib ki, sertifikasiyadan keçmiş müəllimlər 928 manat maaş alır, orta hesabla müəllimlər 1140 manat maaş alır.
Direktorların maaşına gəlincə isə nazir bildirib ki, əməkhaqlarında 58 faiz artım baş verib:
”Paytaxtda, Sumqayıtda direktorların maaşı 2000-2500 manat təşkil edəcək. Gələcəkdə sertifikasiya prosesində direktorları yüksək bal toplayan müəllimlərin arasından seçəcəyik”.