"Məktəbimizdə rus bölməsində fizika müəllimi yeri boşdur. Hətta rus bölməsində kimya dərsini də Azərbaycan bölməsinin müəllimi keçir. Buna da səbəb rus bölməsi üzrə kimya fənn müəlliminin çatışmamasıdır".
"Necə olur ki, kurslar rus bölməsi üzrə fənn müəllimləri tapa bilir, amma nazirlik yox? Demək olmaz ki, rus bölməsi üzrə fənn müəllimləri ümumiyyətlə yoxdur. Var. Sadəcə olaraq, nazirliyin Müəllimlərin İşə Qəbul İmtahanında (MİQ) imtahan sualları o qədər qəlizləşdirilir ki, onlar tələb olunan balı toplaya bilmirlər. Çox yaxşı olardı ki, rus bölməsi üzrə MİQ imtahanlarında işə qəbul asanlaşdırılsın. Bu gün əksər rus bölmələrində fənn müəllimləri olmadığından, azərbaycan bölməsinin müəllimləri həmin fənnləri tədris edir. Bu, az bal toplayan ixtisaslı rusdilli müəllimin şagirdlərə dərs keçməsindən daha pisdir".