RUSİYA

Zaxarova: " KTMT vaxtilə NATO-ya əməkdaşlıq üçün müraciət göndərib"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, vaxtilə hətta NATO-ya əməkdaşlıq üçün müraciət göndərilib, lakin cavabsız qalıb.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) maraqlı ölkələr, beynəlxalq strukturlarla münasibətlərdə həmişə açıq olub və bərabərhüquqlu, hörmət əsasında dialoq qurmağa hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə deyib.
"Belə əməkdaşlığın faydalı olacağı bir sıra sahələr var. Söhbət beynəlxalq çağırışlara və təhdidlərə, o cümlədən beynəlxalq terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, informasiya təhlükəsizliyinə qarşı mübarizədən gedir. Elə digər mühüm sahələr də var ki, burada səylərin praktiki inteqrasiyası son dərəcə əhəmiyyətli olacaq. Avrasiya məkanında sülhün və təhlükəsizliyin qorunması baxımından bu tələb olunur", - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, vaxtilə hətta NATO-ya əməkdaşlıq üçün müraciət göndərilib, lakin cavabsız qalıb.
O xatırladıb ki, 2021-ci ildə KTMT-də müşahidəçi və təşkilatın tərəfdaşı statusunu təsdiq edən normativ sənədlər qüvvəyə minib.
Zaxarova hesab edir ki, bu, bu maraqlı inteqrasiya birlikləri və dövlətləri strukturun işinə cəlb etmək imkanları yaradır. Rusiya diplomatı əlavə edib ki, struktur MDB və ŞƏT-i özünün prioritet tərəfdaşları sırasında görür.
KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.