BAKI, 24 noyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlayır.
Bunu AMB-nin baş direktoru Fərid Osmanov deyib.
O bildirib ki, AMB bu istiqamətdə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq edir: "Maliyyə bazarı iştirakçılarının informasiya təhlükəsizliyinin qorunması və kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində normativ-metodoloji baza inkişaf etdirilir. Banklarda informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə qaydalar var. Bu istiqamətdə monitorinqlər həyata keçiririk".
"IFC ilə birlikdə hazırlanan strategiya sektorda kibertəhdidlərin tənzimlənməsi, preventiv olaraq qarşısının alınması məsələlərini özündə ehtiva edəcək", - deyə o əlavə edib. (APA)
Qeyd edək ki, ötən il açıqlanan məlumatda bildirilir ki, milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsi 2022-ci ildə də mühüm prioritetlərdən biridir.