İDMAN

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Avropa çempionatının C divizionunun oyunları 2023-cü ilin 29 iyul - 6 avqust tarixləri aralığında Bakıda baş tutacaq.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Basketbol üzrə gənclər arasında Avropa çempionatının C divizonu Azərbaycanda keçiriləcək.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, 18 yaşadək oğlanlar arasında keçiriləcək çempionatda iştirak edəcək komandaların adlarına yanvar ayında aydınlıq gətiriləcək.
Avropa çempionatının C divizionunun oyunları 2023-cü ilin 29 iyul - 6 avqust tarixləri aralığında Bakıda baş tutacaq.
Qeyd edək ki, U-18 millimiz sonuncu çempionatda bürünc mükafatın sahibi olub. (Report)