CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan mediasının reklam bazarı ilə bağlı problemləri var - PA

Kamran Həsənov deyib ki, dövlətimiz çətin dövrlərdə həmişə medianın yanında olub. Son bir ildə isə ölkənin çap mediasında forma və məzmun baxımından ciddi dəyişikliklər var.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Müasir dövrdə çap mediası böyük çətinliklərlə üzləşib. Azərbaycanda bu problemlər əsasən reklam bazarı ilə bağlıdır.
Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib.
"Dövlətimiz çətin dövrlərdə həmişə medianın yanında olub. Son bir il ərzində ölkənin çap mediasında forma və məzmun baxımından ciddi dəyişikliklər var", - deyə K.Həsənov qeyd edib.
Onun sözlərinə görə, müasir çağırışlar fonunda media rəqəmsal yeniliklərə uyğunlaşmalıdır: "Hesab edirəm ki, "E-KÖŞK" platforması müasir çağırışlara cavab verən platforma olacaq. Dünyada informasiya sahəsində gedən inkişaf fonunda media sahəsinə də yeni konseptual baxış tələb olunur", - o bildirib. (APA)