BAKI, 23 noyabr — Sputnik. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfər edəcək.
Bu barədə Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
O, səfər zamanı bir sıra zəruri görüşlər keçirəcəyini bildirib.
Qeyd edək ki, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gedib.
Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək sonra geniş tərkibdə görüşü olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış edirlər.