BAKI, 23 noyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində problemlər var, lakin təşkilat üzv ölkələrin suverenliyinin qorunmasına kömək edir. APA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin İrəvanda keçirilən KTMT sammitində çıxışında bildirib.
“Əlbəttə, biz təkcə nailiyyətləri deyil, həm də problemləri görürük”, - deyə Putin vurğulayıb.
O, bu problemlərə artıq görüş iştirakçıları tərəfindən toxunulduğuna diqqət çəkib: "Bu gün biz danışacağıq, düşünürəm ki, heç bir kamera olmadan bu barədə daha ətraflı danışacağıq. Ancaq yenə də bizə aydındır ki, KTMT çərçivəsində birgə iş görünən praktik nəticələr verir, ölkələrimizin milli maraqlarının, suverenliyinin və müstəqilliyinin qorunmasına kömək edir”.