BAKI, 23 noyabr - Sputnik. Qətərdə keçirilən dünya çempionatının E qrupunda I tura start verilib.
İlk oyunda Yaponiya millisi gözlənilmədən Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
Hesabı 33-cü dəqiqədə Almaniyadan İlkay Gündoğan penalti zərbəsi ilə açıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci yarıda 75-ci dəqiqədə Ritsu Doan hesabı bərabərləşdirib. 8 dəqiqə sonra isə Takuma Asano görüşdə son nöqtəni qoyub - 2:1.
E qrupunun ikinci oyununda İspaniya yığması Kosta-Rika ilə qarşılaşacaq.