RUSİYA

Rusiya Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını anlayır - Peskov

Peskov qeyd edib ki, Rusiya bütün tərəfləri "bütövlükdə vəziyyətin ciddi şəkildə destabilizasiyasına gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırır.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Rusiya Türkiyənin Suriyadakı vəziyyətlə bağlı təhlükəsizlik narahatlığını anlayır, lakin bütün tərəfləri vəziyyəti aöırlaşdıra biləcək addımlardan çəkinməyə çağırır. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya tərəfinin 2019-cu il razılaşmasına əsasən, Suriya bölgələrini kürd silahlı birləşmələrindən "təmizləmək" öhdəliyini yerinə yetirə bilməməsi bəyanatına Kremlin necə münasibət bəsləməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Türkiyənin öz təhlükəsizliyinin təmin edilməsi ilə bağlı narahatlığını başa düşürük və buna hörmət edirik:

"Hesab edirik ki, bu, Türkiyənin qanuni haqqıdır".

Peskov qeyd edib ki, Rusiya bütün tərəfləri "bütövlükdə vəziyyətin ciddi şəkildə destabilizasiyasına gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırır.
"Bu, bumeranq kimi geri qayıda, təhlükəsizliyi daha da çətinləşdirə bilər", - Kreml sözçüsü vurğulayıb.
Bir müddət əvvəl Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirmişdi ki, Moskva Suriya ərazisinə endirilən zərbələr fonunda Ankaranı təmkinli olmağa çağırır və gərginliyin artmasına yol vermək olmaz.