DÇ-2022

Niderland milli dünya çempionatında ilk qələbəsini qazanıb

Futbol üzrə Seneqal yığması dünya çempionatına məğlubiyyətlə başlayıb.
Sputnik
BAKI, 21 noyabr - Sputnik. Qətərdəki dünya çempionatında Seneqal və Niderland milli komandaları arasında A qrupunun ilk tur oyunu keçirilib.
"Al-Tumama" stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb - 0:0.
Oyunda hesab 84-cü dəqiqədə açılıb. Kodi Qakpo Niderlandı hesabda önə çıxarıb - 1:0.
90+9-cu dəqiqədə Devi Klassen hesab arasındakı fərqi artırıb - 2:0.
Bu qrupda ilk oyun dünən Qətər və Ekvador yığmaları arasında olub. Görüş 2:0 hesabı ilə Ekvadorun xeyrinə başa çatıb.
İkinci günün son qarşılaşmasında B qrupunda ABŞ seçməsi Uelsi sınağa çəkəcək. Həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu qrupun ilk qarşılaşmasında İngiltərə İranı darmadağın edib - 6:2.
DÇ-2022
DÇ-2022: İngiltərə millisi İranı darmadağın edib