DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sergey Lebedev Qazaxıstanda keçirilən prezident seçkiləri barədə

Hazırda nə Daxili İşlər Nazirliyi, nə də Baş Prokurorluq səsvermə zamanı hər hansı qanun pozuntusu və ya insident barədə məlumat verməyib.
Sputnik
BAKI, 20 noyabr - Sputnik. Qazaxıstanda keçirilən prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyası hələlik heç bir ciddi pozuntu qeydə almayıb. Bunu jurnalistlərə missiyanın rəhbəri Sergey Lebedev deyib.
"Bir seçki məntəqəsində gördük ki, bir nəfər məntəqənin ünvanını qarışdırıb, yanlış yerə gəlib. Başqa qanun pozuntusu qeydə almamışıq", - deyə o, səsvermə zamanı bildirib.
Onun sözlərinə görə, səsvermə sakit və fəal keçir, seçici fəallığı kifayət qədər yüksəkdir.
Hazırda nə Daxili İşlər Nazirliyi, nə də Baş Prokurorluq səsvermə zamanı hər hansı qanun pozuntusu və ya insident barədə məlumat verməyib.
Dövlət başçısı postuna hazırkı prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır. Saat 12:00-da (Bakı vaxtı ilə 09:00) seçici fəallığı 38,55% təşkil edib.
DÜNYA XƏBƏRLƏRİ
Qazaxıstanda seçkilər yüksək səviyyədə təşkil olunub - Rusiya MSK üzvü