İDMAN

DÇ-2022: Qətərdə idman həyəcanı başlanır

2022-ci ilin FİFA Dünya Kuboku noyabrın 20-də başlayacaq və dekabrın 18-də başa çatacaq.
Sputnik
BAKI, 20 noyabr - Sputnik. Bu gün Qətərdə futbol üzrə 2022-ci il Dünya Çempionatının final mərhələsinin oyunları başlanacaq. Çempionatın oyunlarına hər qrupda 4 komanda olmaqla 8 qrupda start veriləcək. Qrup mərhələsinin oyunları dekabrın 2-də başa çatacaq.
Dekabrın 3-dən 6-dək 1/8 final oyunları keçiriləcək, bundan sonra Dünya Çempionatında oyunlara üç günlük fasilə veriləcək.
Dörddəbir final görüşləri dekabrın 9-da və 10-da, yarımfinal görüşləri dekabrın 13-cü və 14-də, üçüncü yer uğrunda matç dekabrın 17-də, final isə dekabrın 18-də keçiriləcək.
Pley-off mərhələsinin oyunlarından sonra mundiala vəsiqə qazanan komandalar bu şəkildə qruplarda mübarizə aparacaqlar:
A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland,
B qrupu: İngiltərə, İran, ABŞ, Uels,
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa,
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis,
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya,
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya,
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun,
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya.
Turnirin Qətər və Ekvador milli komandaları arasında keçiriləcək açılış matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.