SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yeni açılacaq səfirliklər diplomatik səylərimizi daha da gücləndirəcək - XİN

"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib.
Sputnik
BAKI, 19 noyabr-Sputnik. "Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də bildirib.
"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", deyə paylaşımda bildirilir.
Xatırladaq ki, dünən Milli Məclisin iclasında gündəliyin sonuncu 5 məsələsi Azərbaycan Respublikasının xarici dövlətlərdə səfirlik və nümayəndəliklərinin təsis edilməsi barədə olub və bir oxunuşda təsdiqlənib.
Parlamentin komitə sədri Səməd Seyidov Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində), İsrail Dövlətində (Təl-Əviv şəhərində), Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliklərinin, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin, həmçinin Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında qanun layihələri barədə məlumat verib. Komitə sədri bildirib ki, yeni səfirlik və nümayəndəliklərin yaradılması ölkəmizin beynəlxalq əlaqələrini daha da gücləndirəcək.
Beş qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.