BAKI, 19 noyabr-Sputnik. Bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında taekvondo üzrə milli komandamızın daha bir üzvü mübarizəyə başlayır.
54 kiloqram çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov ilk qarşılaşmada Çin idmançısı Xiao Zhou ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan milli komandasını mundialda 8 taekvondoçu təmsil edir. Komandamızın aktivində hələlik bir medal var. Belə ki, taekvondoçumuz Cavad Ağayev (68 kq) bürünc medala sahib olub.