HƏRBİ

Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir-FOTO

Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir.
Sputnik
BAKI, 19 noyabr-Sputnik. Azərbaycan Ordusunda hərbi qulluqçular ilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir.
Məşğələlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər şəxsi heyətə çatdırılır, eyni zamanda, Azərbaycan Prezidentinin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir.
Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilib
Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla aparılan söhbətlər zamanı bu ərazilərin tarixindən, həmçinin Vətən müharibəsi zamanı işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında hərbi qulluqçuların göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edilir.
Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, ətraflı fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.
Quru Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilib
Qeyd edək ki, dünən cari ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının motoatıcı bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.
Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilib
Təlimlərə cəlb olunan bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər.
Bölmələr döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq etdiriblər və təyin olunmuş marşrutla hərəkət edərək şərti düşmən mövqelərinə yaxınlaşmaq, eləcə də aşkar olunan hədəflərin məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.
Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübələr nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi motoatıcı bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsidir.