İDMAN

"Qarabağ", "Sabah" və "Neftçi"nin legionerləri yoldaşlıq görüşlərində meydana çıxıblar

"Köhlən atlar"ın monteneqrolu oyunçuları - Marko Veşoviç və Marko Yankoviç Slovakiya yığması ilə görüşün iştirakçısı olublar. Hər iki futbolçu 2:2 hesabı ilə yekunlaşan matça start heyətdə başlayıb. Veşoviç 58-ci, Yankoviç isə 70-ci dəqiqədə əvəzlənib.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. "Qarabağ" və "Neftçi"nin legionerləri yoldaşlıq görüşlərində milli komandalarının heyətində meydana çıxıblar.
"Köhlən atlar"ın monteneqrolu oyunçuları - Marko Veşoviç və Marko Yankoviç Slovakiya yığması ilə görüşün iştirakçısı olublar. Hər iki futbolçu 2:2 hesabı ilə yekunlaşan matça start heyətdə başlayıb. Veşoviç 58-ci, Yankoviç isə 70-ci dəqiqədə əvəzlənib.
"Report"un məlumatına görə, "Neftçi"nin gürcüstanlı müdafiəçisi Solomon Kvirkveliya və onun "Sabah"da oynayan həmyerlisi David Volkov Mərakeşə 0:3 hesabı ilə uduzduqları görüşə start heyətdə başlayıb. Volkov 62-ci, Kvirkveliya 78-ci dəqiqədə əvəzlənib.