BAKI, 17 noyabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə tikintisi, bərpası nəzərdə tutulan məktəbəqədər və ümumi təhsil müəssisələrinin sayı açıqlanıb.
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında bildirilib.
Proqrama əsasən Tərtər rayonunda 5, Kəlbəcər rayonunda 30, Ağdam rayonunda 29, Laçın rayonunda 21, Xocavənd rayonunda 20, Şuşa rayonunda 7, Füzuli rayonunda 23, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Zəngilan rayonunda 21 təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulub.
Qeyd edək ki, bu tədris ilindən Zəngilanın Ağalı kəndində 30 ildən sonra şagirdlər doğma torpaqlarında məktəbə gediblər. Zəngilan rayonu 288 şagird yerlik Ağalı tam orta məktəbi sakinlərin istifadəsinə verilib.