Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan XİN rəhbərinin müavini çərçivə sazişindən danışdı

Ermənistan xarici işlər nazirinin müavini Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan sözlərə yer verib.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Ermənistan və Azərbaycan arasında təklif olunan çərçivə sənədində iki ölkə arasında münasibətlərin qurulması üçün ümumi prinsiplər var. Bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan məlumat verib.
Nazir müavini vurğulayıb ki, hazırda danışıqlar İrəvan və Bakıdan gələn təkliflər əsasında aparılır.
O, bununla bağlı suala cavab verərək vurğulayıb ki, ümumi prinsiplərə 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir.

Ermənistan XİN rəhbərinin müavini sonrakı fikirlərində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan sözlərə yer verib.

Diplomat qeyd edib ki, oktyabrın əvvəlində Praqada bu istiqamətdə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. Ovannisyanın sözlərinə görə, Ermənistan heç vaxt Azərbaycanın ərazi bütövlüyünü "Dağlıq Qarabağ"ın gələcəyi ilə əlaqələndirməyib.

Danışıqların predmetindən danışan xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya, Fransa, Avropa və ya Amerika variantları yoxdur, yalnız Ermənistan və Azərbaycan variantları var.
Danışıqlar iki ölkənin yanaşmaları ətrafında gedir. Hazırda danışıqlar prosesi müxtəlif istiqamətlərdə gedir: sülh müqaviləsi, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, "Dağlıq Qarabağ"da insan hüquqlarının və təhlükəsizliyin təmin edilməsi.
SİYASƏT
Paşinyan sülh müqaviləsindən yayınır: Ermənistan hökumət başçısından yeni saziş açıqlaması