BAKI, 17 noyabr - Sputnik. “Sosial sahədə çox ciddi işlər görülür. Bu sahədə uğurlu islahatlar davam etdirilməlidir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, müharibə veteranlarının müavinətləri artırılmalıdır: “Bu gün qalxan qiymətlərlə 80 manat uyğunlaşmır. Bu vəsait müharibə veteranlarının nəqliyyat və kommunal xərclərini ödəmir”.
Siyavuş Novruzov əlilliyin müəyyən olunması ilə əlaqədar anlaşılmazlıq mövcud olduğunu da söyləyib: “Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında anlaşmazlıq var. Ya vahid komissiya yaradılmalıdır, ya da əlilliyin müəyyənləşdirilməsi bir quruma verilməlidir”.