HADİSƏ

Bakıda yük qatarı ilə avtomobil toqquşub

Bu hadisə paytaxtın Xətai rayonu, Kənd Əhmədli ərazisində qeydə alınıb.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Bakıda yük qatarı ilə avtomobil toqquşub. Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Kənd Əhmədli ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil hərəkətdə olan yük qatarının yoluna çıxıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən olmayıb. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən ilin mart ayında Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin girişindən keçən dəmiryolda yük qatarı ilə sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində orada çalışan bələdçi Mübariz Abdullayev faciəvi şəkildə ölüb.
HADİSƏ
Bakıda sərnişin avtobusu "KamAZ"la toqquşub, yaralananlar var