PAYTAXT XƏBƏRLƏRİ

Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Buna səbəb paytaxt yollarında aparılan təmir işləridir.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Bakıda Xaqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 46 nömrəli müntəzəm və H1 ekspres marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Avtobuslar Üzeyir Hacıbəyov küçəsi istiqamətində alternativ yollarla hərəkət edirlər.
PAYTAXT XƏBƏRLƏRİ
Bakıya yeni iritutumlu avtobuslar gətirilib - FOTO