DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranın qətlini planlaşdırdığı şəxsin kimliyi açıqlanıb

İsrailin Tbilisidəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı bölməsi olan "Əl-Qüds"ün israilli iş adamı, Gürcüstan-İsrail Ticarət Palatasının prezidenti İtzik Moşeyə qarşı sui-qəsd hazırladığı məlum olub. Bu barədə məlumatlı mənbə KİV-ə danışıb.
Bundan əlavə, iş adamı haqqında məlumat toplamaq üçün Tbilisiyə gələn Pakistandan olan bir qrup muzdlu qatilin "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəsinin olduğu bildirilir.
İsrailin kəşfiyyat orqanları İranın Moşeyə qarşı sui-qəsd hazırladığı barədə Gürcüstan tərəfini məlumatlandırıb.
İsrailin Tbilisidəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib.
"Biz bir daha şahidi olduq ki, İran təkcə Yaxın Şərqdə deyil, bütün dünyada, indi də burada, dinc Gürcüstanda terror aktları törətmək cəhdlərini davam etdirir", - səfir yazıb.
Xatırladaq ki, dünən Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İsrail vətəndaşının xaricdən sifariş edilən qətlinin qarşısının alındığını açıqlamışdı. (Report)