RUSİYA

Vaşinqton dünyanı qlobal müharibəyə sövq edir - Patruşev

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib ki, Qərb qəsdən dəhşətləri və nasist ideologiyasının bəşəriyyətə gətirdiyi iztirabları yaddaşlardan silməyə çalışır.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Amerika Birləşmiş Ştatları və onun yaxın müttəfiqləri BMT-də nasizm və irqçiliyin tərənnüm edilməsini pisləməkdən imtina edərək, dünyanı qlobal müharibəyə sövq edir, xalqlarla oyun oynayırlar. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"İkinci Dünya müharibəsi illərində Sovet İttifaqı ilə birlikdə faşist nasizminə qarşı amansız döyüş aparan dövlətlərin dəstəyi ilə neonasizmin tərənnüm edilməsi və təşviq edilməsi onu göstərir ki, Qərb qəsdən dəhşətləri və nasist ideologiyasının bəşəriyyətə gətirdiyi iztirabları yaddaşlardan silməyə çalışır", - deyə Patruşev təhlükəsizlik məsələləri ilə bağlı iclasda bildirib.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, bu yaxınlarda BMT-də nasizmin və irqçiliyin digər müasir formalarının təbliğini pisləyən Rusiya tərəfindən hazırlanmış qətnamə layihəsinə səsvermə zamanı ABŞ və Ukrayna əleyhinə səs verib və qətnamə ilə bağlı digər ölkələrin mövqelərinə misli görünməmiş təzyiq göstəriblər.
"Vaşinqton və onun yaxın müttəfiqləri belə bir siyasəti seçməklə xalqları oyuna salır, dünyanı qlobal müharibəyə sövq edir", - Patruşev vurğulayıb.