İDMAN

Qətər pul qarşılığında saxta azarkeşlər tutub

Sosial şəbəkə görüntülərində üzərilərində Braziliya, İspaniya, Almaniya, Portuqaliya və Argentina formaları olan azarkeşlərin yürüş etdiyi əks olunub
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətər pul qarşılığında saxta azarkeşlər icarəyə götürüb.
Bu ölkənin yerli mediasının yaydığı məlumata görə, bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb.
Görüntülərdə üzərilərində Braziliya, İspaniya, Almaniya, Portuqaliya və Argentina formaları olan azarkeşlərin yürüş etdiyi əks olunub. İstifadəçilər şərhlərdə həmin şəxslərin sözügedən ölkələrin fanatlarına oxşamadıqlarını yazıblar.
Bəzi ölkələr Qətərdəki mundialı boykot edir. İddiaya görə, ölkənin müvafiq qurumları boykotdan təsirlənmədiklərini göstərmək üçün belə bir addım atıblar.
Qeyd edək ki, noyabrın 20-də start götürəcək dünya çempionatı dekabrın 18-dək davam edəcək.