BAKI, 14 noyabr — Sputnik. Ötən gün İstanbulda baş vermiş terror hadisəsində yaralananlar və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, dünən İstanbulda baş vermis partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.