NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft niyə ucuzlaşıb?

ABŞ Mərkəzi Bankı rəsmilərinin verdiyi son mesajlardan sonra dollarda möhkəmlənmə tendensiyası müşahidə edilir
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,50 dollar azalaraq 95,49 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,52 dollar ucuzlaşaraq 88,44 dollar olub.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankı rəsmilərinin verdiyi son mesajlardan sonra dollarda möhkəmlənmə tendensiyası müşahidə edilir. Bu da neft qiymətlərinin ucuzlaşmasına səbəb olur. Lakin digər tərəfdən isə Çində neft tələbi ilə bağlı nikbin yanaşma var. Çünki Çin pandemiya ilə bağlı bəzi sərt məhdudiyyətləri yüngülləşdirib. Bundan başqa, ABŞ-da işlək neft-qaz buruqlarının sayı ardıcıl ikinci həftə də artıb.
Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,51 dollar və ya 2,6% artaraq 98,47 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.