BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə gəlib
© Photo
Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının sammiti keçiriləcək.
İclas ərəfəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası açılıb. 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verib.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə gəlib
© Photo
Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.