https://sputnik.az/20221110/prezident-lham-eliyev-ozbekistana-sefere-gedib-448417173.html
Prezident İlham Əliyev Özbəkistana səfərə gedib
Prezident İlham Əliyev Özbəkistana səfərə gedib
Sputnik Azərbaycan
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 10.11.2022, Sputnik Azərbaycan
2022-11-10T14:02+0400
2022-11-10T14:02+0400
2022-11-10T14:22+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
türk dövlətləri təşkilatı
sammit
özbəkistan
səfər
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0a/448418587_0:67:1280:787_1920x0_80_0_0_4aa5da3c56cbb509937d878c161e9d4e.jpg
BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.Qeyd edək ki, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının sammiti keçiriləcək.İclas ərəfəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası açılıb. 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verib.Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0a/448418587_72:0:1209:853_1920x0_80_0_0_3f98eefaa67a28ae158a3b747d59bc19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
prezident ilham əliyev, türk dövlətləri təşkilatı, sammit, özbəkistan, səfər
prezident ilham əliyev, türk dövlətləri təşkilatı, sammit, özbəkistan, səfər
Prezident İlham Əliyev Özbəkistana səfərə gedib
14:02 10.11.2022 (Yenilənib: 14:22 10.11.2022) Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
BAKI, 10 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının sammiti keçiriləcək.
İclas ərəfəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası açılıb. 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verib.
Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.