BAKI, 9 noyabr - Sputnik. İki çəki dərəcəsində keçmiş UFC çempionu irlandiyalı Konor Makqreqor Tvitter hesabında İngiltərənin "Liverpul" futbol klubunu almaq istədiyini bildirib.
Bir müddət əvvəl The Athletic Amerikanın Fenway Sports Group (FSG) şirkətinin "Liverpul"u satışa çıxardığını bildirmişdi. Şirkət klubu almaqda maraqlı olanlar üçün artıq tam təqdimat hazırlayıb. Goldman Sachs və Morgan Stanley-ə satışa kömək etmək üçün müraciət edilib. Daha sonra BƏƏ-nin Dubai International Capital (DIC) investisiya şirkəti "Liverpul"u 4,3 milyard funt sterlinqə almağa hazır olduğu bildirilib. The Times-a görə, FSG 3 milyard funt sterlinqlik təklifləri nəzərdən keçirir.
"Liverpulu almaq? Məmnuniyyətlə. Eşidən kimi (mümkün satış haqqında) bu barədə məlumat istədim. Hadisələrin dönüşünə bax! Əla klubdur!", - Makqreqor yazıb.
Daha əvvəl irlandiyalı "Çelsi" futbol klubunu almaq istəyirdi, o, 1,5 milyard funt sterlinq ödəməyə hazır idi. O, həmçinin Şotlandiyanın "Seltik" klubunun səhmlərinin alınması ilə bağlı danışıqlar aparıb.
FSG idmana sərmayə qoyur. "Boston Red Sox" beysbol klubunun və Milli Xokkey Liqasının "Pittsburgh Penguins" komandasının sahibidir. Şirkət 2010-cu ilin oktyabrından "Liverpul"un sahibidir. "Liverpul" 2019-cu ildə klub Çempionlar Liqasının qalibi olub, 2020-ci ildə isə 30 ildən sonra ilk dəfə İngiltərə çempionu olub.