BAKI, 8 noyabr — Sputnik. 2020-ci ilin sentyabr ayının 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu şanlı qələbəmizdə payı olanlardan biri də Murad Ağayevdir.
O, 2017-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib. 2019-cu ildə həqiqi hərbi xidməti bitirən Murad 2020-ci ilin sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərə qatılıb. Daha sonra Cəbrayıl və Xocavənd rayonunda döyüşlərində iştirak edib.
Şuşa uğrunda döyüşlərdə iştirak edən Murad Ağayev Daşaltı əməliyyatında da iştirak edib. Qələbə xəbərini Daşaltıda alan qəhrəmanımız həmin günləri belə xatırlayır:
Müharibə bitsə də, Murad könüllü olaraq Laçında Xüsusi Təyinatlı Qüvvələrdə qulluğunu davam etdirib:
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti, döyüşçü Murad Ağayev "Laçının azad olunmasına görə" medalı ilə mükafatlandırılıb. Müsahibimiz ayağından yaralansa da, döyüşü davam etdirib. İndi də ayağında ağrılar olan müsahibimiz müharibədən sonra yenidən Şuşaya gedib. Deyir ki, müharibədən sonra o torpaqlara gedəndə göz yaşlarına hakim ola bilməyib.
Döyüşçünü şanlı qələbəmizdən bəhs edən incəsənət əsərinin hələ də yaranmaması Muradı da narahat edir:
"Çalışdığım Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rejissor Samir Qulamovun "Bir nəfəs qədər" tamaşası səhnələşdirilib. Bundan başqa, bir neçə teatr tamaşaları var. Sənədli filmlər də çəkilib. Amma bu yetərli deyil. Ermənilər məğlub olmaqlarına rəğmən bizdən daha tez və keyfiyyətli bir film ortalığa çıxardılar. Təəssüf ki, biz bu sarıdan onlardan geri qalmışıq. Halbuki biz dünyaya həqiqətləri film vasitəsilə daha tez çatdıra bilərdik".