BAKI, noyabr - Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşü vacib adlandırıb.
Toivo Klaar bu barədə "Twitter"də bildirib.
“Dünən Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında vacib görüş olub. Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirakı sevindirici haldır”, - Klaar qeyd edib.
Xatırladaq ki, noyabrın 7-də Vaşinqtondakı "Blair House"da, hər iki ölkənin xarici siyasət idarə rəhbərlərinin ABŞ dövlət katibi Entoni Blinkenlə birgə görüşü keçirilib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər.