BAKI, 7 noyabr - Sputnik. Rusiyadan Türkiyə, Misir və BƏƏ də daxil olmaqla 15 ən populyar istiqamətdə turist axını cari ilin ilk üç rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 43% artaraq 7,5 milyon ziyarət təşkil edib. Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası (RTOA) məlumat yayıb.
“RTOA Analitik Xidmətinin məlumatına görə, 2022-ci ilin üç rübü ərzində rusiyalılar turizm məqsədi ilə keçmiş SSRİ-nin bir sıra ölkələri də daxil olmaqla, 15 ən populyar istiqamətinə turizm və istirahət üçün təxminən 7,5 milyon səfər ediblər. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə (5,24 milyon) 43% çoxdur", - deyə assosiasiyadan bildirilib.
Mütəxəssislər bu artımı bir sıra səbəblərlə, o cümlədən yanvar və fevral aylarında koronavirus məhdudiyyətlərinin aradan qaldırılması və qış istiqamətlərinə çarterlərin tətbiqi ilə əlaqədar yaxşı nəticələrlə əlaqələndiriblər.
Turist axınının artmasına Türkiyə ilə hava nəqliyyatının davamlılığı və BƏƏ və Misirə hava axınının artması da təsir edib.
"Avropanın yoxluğu müqayisəli statistikada o qədər də güclü mənfi nəticə vermədi, çünki 2021-ci ildə Avropa istiqamətləri covid səbəbiylə bağlandı", - RTOA-dan bildirilib.
Yanvar-sentyabr aylarının yekunlarına görə, turist səfərlərinin sayına görə xarici ölkələrin reytinqinə Türkiyə başçılıq edir. Qurumun məlumatına görə, bu ölkəyə 3,5 milyon səfər edilib ki, bu da 2021-ci ilin eyni dövründə olduğu ilə demək olar ki, eynidir.
Türkiyədən sonra sırada 1,8 milyon rusiyalı turistin ziyarət etdiyi Abxaziya gəlir. Bu, ötən illə müqayisədə 18% çoxdur.
Antalya kurortlarından birinin çimərliyi, arxiv şəkli
© Sputnik / Vladimir Vyatkin
/ Həmin dövrdə Misirə turist axınının artımı 2,2 dəfə (609,9 min səfər), BƏƏ-yə 95% (575 min) təşkil edib.
Eyni zamanda, Maldiv adalarına tələbat 20% (143,5 min) azaldığı halda, Tayland istiqamətində artım "minlərlə faiz" təşkil edib ki, bu da bu ölkənin 2021-ci ilin çox hissəsinin turistlər üçün qapalı olması ilə bağlı olub.