BAKI, 7 noyabr - Sputnik. Rusiyanın Səhiyyə Nazirliyi avropalı həkimlərin daha az vanna və ya duş qəbul etmək tövsiyələri ilə razılaşmır. Bu barədə RİA Novosti-yə Rusiya Federasiyasının səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Onun sözlərinə görə, bu cür çağırışlar gigiyenanın əsas prinsiplərinə ziddir.
Bundan əvvəl mətbuatda Britaniya həkimlərinin vətəndaşları hər gün vanna qəbul etməməyə və ya duş qəbul etməməyə çağırdığı barədə məlumatlar yayılıb. Belə ki, britaniyalı həkimlər müntəzəm yuyunmanın insanı zərərli bakteriyalara qarşı daha həssas edə biləcəyi qənaətindədir.
“Rusiya ənənələrində şəxsi gigiyenaya hörmətlə yanaşma tarixən formalaşıb. Bu, həyat tərzimizin bir hissəsidir. Rusiya Səhiyyə Nazirliyi hazırda Avropada yayılan tövsiyələrlə razılaşa bilməz”, - deyə Kuznetsov bildirib.
Duş qəbul edən qadın, arxiv şəkli
© Depositphotos.com / Eldarnurkovic
“Rusiya ənənələrində şəxsi gigiyenaya hörmətlə yanaşma tarixən formalaşıb. Bu, həyat tərzimizin bir hissəsidir. Rusiya Səhiyyə Nazirliyi hazırda Avropada yayılan tövsiyələrlə razılaşa bilməz”, - deyə Kuznetsov bildirib.
O qeyd edib ki, bu cür çağırışlar bütün rusiyalılara erkən uşaqlıqdan tanış olan gigiyena ilə bağlı əsas prinsiplərə ziddir - məsələn, “yeməkdən əvvəl əllərinizi yuyun” prinsipinə.
"Hippokrat isə qeyd edirdi ki, “təmiz olan yerdə xəstələnmirlər”, - deyə Kuznetsov bildirib.
Onun sözlərinə görə, bu parametrlər həmişə aktualdır, bunu COVID-19 pandemiyası, gigiyena tədbirlərinin həyat və sağlamlığı xilas etdiyi zaman açıq şəkildə nümayiş etdirib.