DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Birləşmiş Ştatlar Ukraynanı ikinci Əfqanıstana çevirəcək" - Ceffri Saks

Amerikalı iqtisadçı bildirib ki, bu yanaşma Avropa İttifaqı üçün çox təhlükəlidir, çünki o, ön plandadır və bütün bunlardan çox zərər çəkə bilər.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Avropa tezliklə öz sərhədləri daxilində Ukrayna timsalında “yeni Əfqanıstan” qazana bilər. Bunu amerikalı iqtisadçı Ceffri Saks bildirib.
Onun fikrincə, Vaşinqton Moskvaya qarşı hazırkı mövqeyini dəyişməsə və danışıqlar masasına oturmasa, bu baş verəcək.
Saks qeyd edib ki, Avropa “diplomatiya çempionu” idi, lakin indi o, yalnız Amerikanın mövqeyinə qulaq asır.
“İndi o, ancaq Amerika xəttini tutur: biz Putini məğlub etməliyik! Biz danışıqlar aparmırıq! Bu yanaşma Avropa İttifaqı üçün çox təhlükəlidir, çünki o, ön plandadır və bütün bunlardan çox zərər çəkə bilər”.
İqtisadçı Rusiya prezidentinə qarşı bu cür siyasəti fəlakətli hesab edir. Onun sözlərinə görə, Ukrayna böhranı ABŞ, Avropa və Rusiya arasında danışıqlar yolu ilə həll edilə bilər. Saks vurğulayır ki, Brüssel ağıla deyil, Amerika gündəminə tabedir.
İqtisadçı əmindir ki, Birləşmiş Ştatlar Ukraynanı ikinci Əfqanıstana çevirəcək və bu ölkəni xarabalıqda buraxacaq, çünki bu, Amerikanın üslubudur.
“ABŞ belə davam edərsə, Ukrayna növbəti Əfqanıstan olacaq. Biz Əfqanıstanı o qədər sevirdik ki, onu məhv etdik. Bu, Amerikanın tərzidir”, - Sakks fikirlərini tamamlayıb.
Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman bildirmişdi ki, Qərbin Ukraynanın bərpasına çoxmilyardlarla dollar verməsi Kiyev və xaricdəki siyasətçilərin birgə qarətinə çevriləcək.