RUSİYA

Volodin Yeni il tədbirləri ilə bağlı rusiyalıların fikirlərini soruşub

Oxuculara verilən suala üç cavab təklif olunur - “bəli, dəstəkləyirəm, şənlikləri ləğv etmək lazımdır”, “yalnız uşaq şənliklərini və Yeni il ağaclarını saxlayın” və “adi qaydada qeyd edin”.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında Yeni il tədbirlərindən imtina mövzusunda sorğu yerləşdirib.
“Yeni 2023-cü ilə iki aydan az vaxt qalıb. Müzakirə etməyi təklif edirəm: Yeni il tədbirlərinin - korporativ şənliklərin, konsertlərin, atəşfəşanlığın rədd edilməsinin tərəfdarısınızmı?" - deyə o sorğu keçirib.
Oxuculara verilən suala üç cavab təklif olunur - “bəli, dəstəkləyirəm, şənlikləri ləğv etmək lazımdır”, “yalnız uşaq şənliklərini və yeni il ağaclarını saxlayın” və “adi qaydada qeyd edin”.
Daha əvvəl bildirilirdi ki, Rusiyada 2022-ci ildə məşhur sənətçilərin Yeni il korporativ şənliklərində çıxışlarına tələbat azalıb.
Belə ki, “ProStars” tədbir agentliyinin rəhbəri Mixail Sapoloviç müsahibəsində 2021-ci illə müqayisədə ulduzların Yeni il tədbirlərində iştirakına tələbatın 25-30% azaldığını bildirib.
Öz növbəsində Tədbir Təşkilatçılarının Milli Assosiasiyası bildirib ki, şirkətlər Yeni il korporativ şənlikləri üçün büdcəni azaldıblar - keçən illə müqayisədə bu rəqəmlər orta hesabla 20% azalıb. Assosiasiya qeyd edib ki, böyük əyləncəli Yeni il korporativ şənliklərinin keçirilməsinə tələbat praktiki olaraq yoxdur və bəzi şirkətlər korporativ tədbirlərdən tamamilə imtina etmək istəyirlər.