TƏHSİL

Milli Məclisdə ali məktəblərdə müəllimlərin maaşının artırılması təklif edilib

Deputat Azərbaycanda universitetlərdə müəllimlərin maaşlarının fərqli olmasının narahatlıq doğurduğunu söyləyib.
Sputnik
BAKI, 5 noyabr-Sputnik. "Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllimlərinin maaşlarının fərqli olması narahatlıq doğurur".
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bəzi universitetlərdə maaşlar 2-3 dəfə, bəzilərində isə aşağıdır: "Qiymət artımına baxanda müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır".
Deputat deyib ki, daha bir narahatlıq doğuran məsələlərdən biri kişi müəllimlərin sayının azlığıdır: "Kişilər daha çox özəl sektora meyilli olurlar. Hesab edirəm ki, maaşların artırılması müəllimlik peşəsinə marağı da artırmış olar. Həmçinin tələbə təqaüdlərinin məbləğinin artırılması da gündəmdə olmalıdır".
SİYASƏT
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib