BAKI, 4 noyabr — Sputnik. Göyçay rayonunda erkən nikah faktı aşkarlanıb.
Bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.
Onun sözlərinə görə, Göyçayın Çərəkə kəndində 14 yaşlı qızın sabah toyu olacaq, yeniyetmə Ağsu rayonunda yaşayan şəxsə ərə verilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, artıq bu məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb: "Rayon Polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".