BAKI, 3 noyabr — Sputnik. Bakıda Rusiya Federasiyasının 14 müəssisəsinin iştirak etdiyi "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisi açılıb.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov sərginin iştirakçıları və stendləri ilə tanış olub.
"Expocentre" SC-nin (sərginin operatoru) "xarici sərgilər" departamentinin rəhbəri Nataliya Borodkonun daha əvvəl "RİA Novosti"yə verdiyi məlumata görə, Rusiyanı bu sərgidə "Rostselmaş", "Klever", "Voljsk Kombayn Zavodu" (AGROMASH), "Melinvest", "Traktor" (Uralets) MMC, "Kuzembetyevsk mexaniki təmir zavodu" (MTZ), "Salskselmaş" MMC, "AqroPostavka" MMC, "Cənubi Ural Çəki Zavodu" MMC və s. bu kimi "nəhəng oyunçular" təmsil etməyə hazırlşırlar.
Sərginin ekspozisiyası 500 kvadratmetrdən çox sahəni əhatə edir.
Bakıda "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikası sərgisi
© Sputnik / Aygul Tagieva
"Ziyarətçilər Rusiyanın yeni işlənib hazırlanmış, həmçinin, artıq populyar olan kənd təsərrüfatı texnikası modellərini görə biləcəklər: "AGROMASH 90TG" tırtıllı traktor, "URALETS" mini traktor, "Tukan" kvadrat presləmə maşını, "ZMP-PSM" taxıl emalı kompleksi, pnevmatik çeşidləmə maşını, taxıl doğrayan, taxıl elevatoru, çömçəli ön yükləyici, "OPSV-2200K" çiləyici, yeni nəsil "Geoscan Gemini" aerofotoqrafik kompleksi, sənaye tərəziləri və s.", - deyə Borodko əlavə edib.
Onun sözlərinə görə, son illərdə Rusiya müəssisələri istehsalın stimullaşdırılmasına və elmi-tədqiqat işlərinin subsidiyalaşdırılmasına yönəlmiş bir sıra dövlət dəstəyi tədbirləri sayəsində istehsal güclərinin genişləndirilməsi və modernləşdirilməsinə, avadanlıqların yeni modellərinin hazırlanmasına və istehsalına investisiyaları artırıb.
Bakıda "Rusiya-Azərbaycan tarla günü" adlı kənd təsərrüfatı texnikası sərgisi
© Sputnik / Aygul Tagieva
"Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biri olmaqla, ölkənin kənd təsərrüfatı üçün texnika və avadanlıqların tədarükünü genişləndirməyə hazırdır ki, bu da azərbaycanlı tərəfdaşlarına aqrar-sənaye kompleksinin səmərəliliyini və məhsuldarlığı artırmağa, eyni zamanda itkiləri azaltmağa imkan verəcək. Bu sərgi Azərbaycanın kənd təsərrüfatı istehsalçılarının problemlərini həll etmək üçün rus maşınqayıranlarının imkanlarını nümayiş etdirən platforma olacaq. O, Azərbaycan fermerlərinə ölkənin iqlimi və aqrofonunun xüsusiyyətlərini nəzərə alan müasir Rusiya Kənd təsərrüfatı texnikası və texnologiyaları ilə tanış olmağa, şəxsən görüşərək texniki xüsusiyyətləri və spesifikasiyaları müzakirə etməyə, sərfəli alış şərtləri əldə etməyə imkan verəcək", - deyə o bildirib.