BAKI, 2 noyabr — Sputnik. Rusiya ABŞ-ın digər ölkələri Moskva ilə nüvə sahəsində işləməkdən imtina etməyə çağırışından narahatdır, ölkəmiz bu məsələnin siyasiləşdirilməsinə qarşıdır və hamı üçün dinc atoma bərabər çıxışın tərəfdarıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Rusiya ardıcıl olaraq bütün dünyanın dinc atoma çıxışına tərəfdardır. Biz bu sahənin kollektiv Qərb tərəfindən siyasiləşdirilməsindən son dərəcə narahatıq. Dünya bazarlarına kommersiya nüvə texnologiyalarının ən böyük tədarükçüsüyük. Biz nüvə texnologiyaları, yanacaq sahəsində beynəlxalq əməkdaşlığı bundan sonra da inkişaf etdirmək niyyətindəyik, sağlam düşüncəni və milli maraqları rəhbər tutan dövlətlərlə qarşılıqlı fəaliyyətə diqqət yetiririk", - deyə Zaxarova qeyd edib.
"Biz bərabərhüquqlu əməkdaşlığa hazırıq, ABŞ-ın hegemonluğunu tanımırıq və eyni zamanda Vaşinqtonun etdiyi kimi rəqiblərimizə qarşı belə "qara" piardan istifadə etmək niyyətində deyilik", - deyə o əlavə edib.
Norveç Silahlı Qüvvələrinin hazırlığının artırılması haqqında
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Moskva Norveç silahlı qüvvələrinin hazırlığının artırılmasını misli görünməmiş addım hesab edir.
"Bunun bizə aidiyyəti yoxdur, amma vacib bir nüans var: əslində belə görünməmiş addım, təxmin etdiyiniz kimi, Rusiyanı "Avropada ən ciddi hərbi-siyasi vəziyyətə gətirib çıxaran" hərəkətləri ilə əsaslandırılır. "Xeyr, bunlar bizim hərəkətlər deyil, sizin hərəkətlərinizə görə olub. Siz kollektiv Qərbsiniz... Avropa qitəsində vəziyyəti qeyri-sabit edən siz olmusunuz", - deyə Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya tərəfi Norveç tərəfinin istənilən qeyri-dost hərəkətinə cavab verəcək.
"Şərqdən gələn təhdidin artması, ölkəmizə böhtan atmaq, etmədiyini ona aid etmək Norveç hakimiyyəti tərəfindən yenidən hərbi hazırlıq baxımından öz istəklərini ört-basdır etmək üçün bir daha istifadə olunur... Biz Rusiya sərhədləri yaxınlığında baş verən hadisələrin bu cür inkişafını Oslonun Avro-Arktika regionunda gərginliyin artması istiqamətində dağıdıcı kursa şüurlu şəkildə əməl etməsi kimi yanaşırıq... Rusiya hər zaman dürüst və qarşılıqlı hörmət əsasında dialoqa açıqdır, lakin istənilən qeyri-dost hərəkətlərə vaxtında və adekvat reaksiya veriləcək", - deyə Zaxarova deyib.
Ukraynada muzdlular
Onun sözlərinə görə, Ukraynaya 60-dan çox dövlətdən 8 mindən çox muzdlu əsgər gəlib, Kiyev rejiminə bu cür dəstək Qərb ölkələrinin bu ölkədə baş verənlərdə tərəf kimi iştirakını artırır.
"Mövcud məlumatlara görə, səkkiz ay ərzində onlar 60-dan çox ölkədən 8 mindən çox muzdlu cəlb ediblər. Ən çoxsaylı qruplar Polşa, ABŞ, Kanada, Rumıniya və Britaniyadan gəlib. Baxmayaraq ki, bir çox ölkələrdə muzdluluq qanunla qadağandır və cinayət məsuliyyəti daşıyır. Hərbçilərimizin bildirdiyinə görə, 3000-dən çox əcnəbi döyüşçü artıq məhv edilib və o qədəri də evlərinə qayıdıb", - deyə Zaxarova bildirib.
O qeyd edib ki, Amerika və Britaniya qurumları, Fransanın özəl hərbi şirkətləri, Almaniya, İspaniya, Çexiya, İtaliya və bir sıra digər ölkələrin sağçı ekstremist təşkilatları onları işə cəlb edir.
"Qərb ölkələrinin bu cür davranışı, o cümlədən kütləvi şəkildə silah və muzdluların tədarükü, nasist döyüşçülərin hazırlanması və Kiyev rejiminin maliyyələşdirilməsi hərbi əməliyyatların uzanmasına gətirib çıxarır və onların Ukraynada baş verənlərə cəlb olunma dərəcəsini artırır, münaqişə tərəfi kimi möhkkəmləndirir", - deyə diplomat vurğulayıb.