BAKI, 2 noyabr — Sputnik. Taxıl dəhlizi ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovla iki dəfə telefon danışığı aparmışam.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Rusiya taxıl dəhlizi ilə bağlı təhlükəsizlik zəmanəti tələb edir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya taxıl müqaviləsində iştirakını dayandırır.
Nazirlikdən bildiriblər ki, Sevastopolda "Taxıl dəhlizi"nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Rusiya taxıl müqaviləsində iştirakını dayandırır.
Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib.
Xatırladaq ki, iyulun 22-də BMT-nin himayəsi altında İstanbulda Ukrayna, Türkiyə və Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracının bərpasına dair saziş imzalayıblar. Bu sənəd Ukraynanın kənd təsərrüfatı məhsullarının üç Ukrayna limanından daşınması üçün humanitar dəhlizin yaradılmasını nəzərdə tutur ki, bu da öz növbəsində qlobal ərzaq böhranının qarşısının alınmasına təsir etməlidir.
Lakin, oktyabrın 29-u Rusiya rəsmi olaraq Krımda eyni gündə baş vermiş partlayışlarla əlaqədar “taxıl sazişi”ndən çıxdığını təktərəfli qaydada bəyan edib.