Mətbuat mərkəzi

Soçidə keçirilən üçtərəfli görüşün nəticələri

Soçi bəyanatına həsr olunan tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində yayımlanacaq.
Sputnik
BAKI, 1 noyabr — Sputnik. Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.
Üçtərəfli görüşün yekunu olaraq 44 günlük müharibənin bitməsindən sonra qalan məsələlərin həllinə tərəflərin yanaşmalarını əks etdirən Soçi Bəyanatı qəbul edilib.
Noyabrın 2-də saat 12.00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində Milli Məclisin deputatı Arzu Nağıyev görüşün yekunları və Moskvanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında kommunikasiyanın qurulmasının prioritetləri barədə danışacaq.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində yayımlanacaq. https://www.facebook.com/SputnikAze/
Əlaqələr:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.