BAKI, 30 oktyabr - Sputnik. Yaxın vaxtlarda ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılacaq.
Bunu Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “45 dəqiqə” adlı təhsil proqramında deyib.
Nazir xatırladıb ki, oktyabrda ali təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiqlənib.
"Əsasən bu, məzmun və tədrislə bağlı meyarlardır, istər tələbələrlə iş, istərsə də həmin təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti buraya aiddir. Bununla bağlı müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr həyata keçirilir. Həmçinin, ali təhsil müəssisələrinin akkreditasiya hesabatı hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq", - E.Əmrullayev qeyd edib.