BAKI, 29 oktyabr - Sputnik. Rusiya Sevastopol sularında baş vermiş terror aktı ilə əlaqədar Ukrayna limanlarından məhsulların ixracında iştirakını dayandırıb. Bu barədə şənbə günü Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Şənbə günü səhər tezdən Kiyev Qara dəniz donanmasının gəmilərinə və Sevastopol bazasının xarici və daxili yollarında olan mülki gəmilərə terror hücumu həyata keçirib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimləri britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib.
“Oktyabrın 29-da Kiyev rejiminin Britaniya mütəxəssislərinin iştirakı ilə Qara dəniz donanmasının gəmilərinə və “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı həyata keçirdiyi terror aktını nəzərə alaraq, Rusiya tərəfi “taxıl dəhlizi”ndə iştirakını dayandırır. Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsi”, - deyə nazirlikdən bildirilib.