RUSİYA

Putin: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün əlimizdən gələni edirik"

Putinin sözlərinə görə, Rusiya uzun müddətdir ki, Ermənistan xalqının təhlükəsizliyinin təmin edilməsində Ermənistanı ənənəvi olaraq dəstəkləyir.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün əlindən gələni edir və bu iki dövlət arasındakı ziddiyyətlərdən kənarda qala bilməz. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Ermənistan-Azərbaycan nizamlanmasına gəlincə, bu gün də biz Bakı ilə Yerevan arasında münasibətlərin hərtərəfli normallaşmasına nail olmaq üçün mümkün olan hər şeyi edirik", - deyə Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası zamanı bildirib.
"Biz hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma təbii ki, biz Rusiyaya yaxın dövlətlər arasında olan problemlərdən və ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə töhfə verməyə həmişə hazırıq. Ümumiyyətlə, biz Cənubi Qafqaz regionunun sakit və davamlı inkişafında maraqlıyıq", - deyə o vurğulayıb.
Putinin sözlərinə görə, Rusiya uzun müddətdir ki, Ermənistan xalqının təhlükəsizliyinin təmin edilməsində Ermənistanı ənənəvi olaraq dəstəkləyir.
"Bu, hamıya aydındır: yaxın keçmişdə həm Azərbaycan, həm də Ermənistan və Rusiya - biz hamımız vahid dövlətin parçası olmuşuq. Bizim həm Yerevan, həm də Bakı ilə çoxlu əlaqələrimiz var və bunu nəzərə almamaq sadəcə mümkün deyil", - Rusiya Federasiyasının prezidenti əlavə edib.
SİYASƏT
Ceyhun Bayramovla Blinkenin köməkçisi arasında telefon danışığı olub