BAKI, 28 oktyabr — Sputnik. Moskva qlobal iqtisadiyyatdakı mövcud çətinliklərə baxmayaraq, MDB ölkələrinin etibarlı tərəfdaşı olaraq qalır. Bunu Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.
MDB Hökumət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında o bildirib ki, dünya iqtisadi sistemi hazırda çətin dövrlərdən keçir.
"Lakin belə şəraitdə MDB çərçivəsində qarşılıqlı fəaliyyət inkişaf etməkdə davam edir. Rusiya etibarlı müttəfiq və ticarət tərəfdaşı olaraq qalır. Biz ən yaxın qonşularımızın və tərəfdaşlarımızın maraqlarına diqqətli və hörmətlə yanaşırıq", - Mişustin vurğulayıb.
Bir müddət əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin "Made in Russia" forumunun plenar iclasında bildirmişdi ki, qeyri-dost ölkələr sanksiyalarla Rusiya Federasiyasına zərər vurmağa çalışdılar, lakin bütün hərəkətləri onların özünə zərər vurdu.
"Dost olmayan ölkələr yeni sanksiyalar paketləri təqdim edərək, biznes ictimaiyyətini qorxutmaq istəyib, sənayemizə, maliyyə sistemimizə mümkün qədər çox ziyan vurmağa çalışdı. Sadə dillə desək, Rusiyanın yüz milyardlarla dollar valyuta ehtiyatı oğurlanıb. Qaz nəqli infrastrukturu terror hücumlarına məruz qalıb", - deyə Mişustin qeyd edib.